“Zirə”nin 3-cüsü

Allsport.az xəbər verir ki, Anar Nəzirov “Zirə”nin heyətində 100-cü çempionat oyununu keçirib. 38 yaşlı qapıçının yubileyi Azərbaycan premyer liqasının 34-cü turuna təsadüf edib. O, “Kəpəz”lə ev matçında (1:1) 90 dəqiqə meydanda olub.

Anar klub tarixinə premyer liqada 100 və daha çox görüşdə iştirak edən 3-cü futbolçu kimi düşüb. Ona qədər yalnız İlkin Muradovla (114) Təmkin Xəlilzadə (102) buna nail olub.

2015-19-cu illərdə “Zirə”nin formasını geyinən Nəzirov 2021-ci ildə yenidən komandaya qayıdıb. O, bu matçlarda 111 qol buraxıb.

Anarın “qartallar”ın heyətindəki ilk çempionat qarşılaşması 2015-ci il avqustun 9-da baş tutub. “Zirə” premyer liqadakı debüt görüşündə AZAL-a 1:0 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan