- Baxış sayı: 21
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
AFFA intizam komitəsi “Zirə”nin futbolçusu Coşqun Diniyevin cəzasını azaldıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçinin 2 oyunluq cəzası 1-ə endirilib. Bundan əvvəl AFFA onu “Sabah”a 0:1 hesabı ilə uduzduqları premyer liqanın X tur matçının 84-cü dəqiqəsindən ikinci xəbərdarlığı alaraq meydandan kənarlaşdırıldığı üçün 1, daha sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün daha 1 oyunluq (ümumilikdə 2) cəzalandırmışdı. Klub isə 2400 min manat məbləğində cərimə olunmuşdu.
Yeni qərara görə, Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına, qırımızı vərəqə alaraq meydançanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığına görə intizam məcəlləsinin 33-cü maddəsi nəzərə alınmaqla 1 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək.