“Zirə”nin məşqçisi: Qəbələ hadisələrindən sonra komandada psixoloji gərginlik vardı

Premyer liqanın 17-ci turunda “Zirə” rəqib meydanında “Neftçi” klubu ilə 1:1 heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qonaq komandanın məşqçisi Elnur Çodarov bunu deyib:

“Bəzi oyunçularımız zədə, bəziləri isə cəza səbəbindən oynamırdı. Ümumilikdə, Qəbələ hadisələrindən sonra komandada psixoloji gərginlik vardı.

Həftə ərzində işlədik, çalışdıq ki, yaxşı oyun göstərək. Düşünürəm ki, nəticə bizim üçün yaxşı hesab olunmalıdır”.

Həmin kateqoriyadan