- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 354
- Mart 30, 2026
- 0

Premyer liqasının 13-cü turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Ancelkoviçin durumuna aydınlıq gəlib.
Allsport.az saytı xəbər verir ki, 24 yaşlı müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb. Serbiyalı oyunçu gələn il ölkəsində əməliyyat olunacaq.
Onun 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlayacağı ehtimal edilir.