- Baxış sayı: 101
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Zirə”nin salvadorlu futbolçusu Nelson Bonilya ölkəsinin milli komandasının qarşıdakı Peru və Ermənistanla yoxlama oyunları barədə söz açıb. Allsport.az saytı xəbər verir ki, hücumçu bu yoldaşlıq matçları barədə bunu deyib:
“Öncə Peru, daha sonra isə Ermənistan yığması ilə qarşılaşacağıq. Oyunlar Los-Ancelesdə keçirilməlidir. Azərbaycan və Ermənistan arasında münaqişə olmasından xəbərim var.
Amma bu, siyasətdir və ona qarışmaq istəmirəm. Mən sadəcə, komandamın bu oyunlarda qələbə qazanması üçün əlimdən gələni edəcəyəm”.