- Baxış sayı: 23
- 28 Noyabr 2024 22:16
- Baxış sayı: 112
- Noyabr 28, 2024
- 0
Son dünya çempionatının gümüş mükafatçıları Avro-2020-nin seçmə mərhələsində səfərdə Azərbaycan futbolçuları ilə 1:1 hesablı heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç bunu deyib:
“Azərbaycan millisini oyuna və nəticəyə görə təbrik edirəm. Qarşılaşmaya yaxşı başladıq, fürsətlərimiz də kifayət qədər idi. İlk qoldan sonra fərqi artıra da bilərdik, lakin rəqib qapıçı komandasını qollardan xilas etdi. İkinci hissədə bunun əksi baş verdi, biz yaxşı oynamadıq. Əvəzində, Azərbaycan millisi fasilədən sonra hadisələrin gedişini xeyrinə dəyişdi və hesabı bərabərləşdirdi.
Çox istəkli, aqressiv idilər, meydanda mübarizə apardılar, əzmkarlıq göstərdilər. Rəqibimiz bizimlə ilk oyunda da yaxşı çıxış etmişdi. Hətta həmin görüşdən sonra millinizin qrupumuzdakı digər rəqiblərlə oyunlarda da xallar qazanacağını düşünürdüm. Ancaq bunu niyə edə bilmədilər, onu anlamadım. Bugünkü nəticə məyusedici olsa da, barışmalı və növbəti oyunlar haqda düşünməliyik”.