- Baxış sayı: 31
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 30
- Noyabr 26, 2024
- 0
Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan premyer liqasının 28-ci turuna təsadüf edib. “Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə qarşılaşmanın iştirakçısı olub.
Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, premyer liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.
Abdullah 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.