- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Sabah “Qarabağ” konfrans liqasının “H” qrupunun 3-cü turunda Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Abdullah Zubir oyundan öncə mətbuat konfransında fikirlərini bildirib:
“Bizim üçün önəmli oyundur.Matça hazır olduğumuzu düşünürəm. Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik. Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin”.