- Baxış sayı: 31
- 30 Mart 2026 21:25
- Baxış sayı: 137
- Mart 30, 2026
- 0

Abdullah Zubir “Qarabağ”da 150-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Mərakeş əsilli fransalı legionçunu yubileyi premyer liqanın 22-ci turuna təsadüf edib.
“Sumqayıt”la səfər matçında (3:0) Zubir 150-ci dəfə Ağdam klubunun formasını geyinib. O bu qarşılaşmalarda 34 qol vurub.
Ümumilikdə, premyer liqada 88 (26 qol), avrokuboklarda 50 (8 qol), ölkə kubokunda 12 dəfə meydana çıxıb.