- Baxış sayı: 11
- 26 Dekabr 2024 13:46
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Azərbaycan çempionatları tarixinin ən məhsuldar legionçusu Georgi Adamiyadır. Allsport.az saytı xəbər verir ki, gürcüstanlı futbolçunun hesabında 61 qol var. Düzdür, onun həmyerlisi Badri Kvaratsxeliya daha çox qol vurub. Lakin 71 dəfə rəqib qapılarına yol tapan sonuncu milliləşdirilərək Azərbaycan yığmasının da şərəfini qoruyub.
Yığmızda oynamış Riçard Almeyda, Branimir Subaşic, Leandro Qomeş və Ruslan Qurbanovun da daxil edilmədiyi legionçu bombardirlər cədvəlində Viktor İqbekoyi 2-cidir. Nigeriyalı 50 qola sevinib. İlk “üçlüy”ü braziliyalı Reynaldo Silva qapayır.
Bu mövsüm premyer liqada meydana çıxan əcnəbilərdən yalnız Filip Ozobiç ən məhsuldar 20 gəlmə arasında yer alıb. 33 qol vuran xorvatiyalı 14-cü yerə şərikdir.
Ən məhsuldar legionerlər
1. Georgi Adamiya – 61
2. Viktor İqbekoyi – 50
3. Reynaldo Silva – 44
4. Baqali Dabo – 41
5-6. Junivan Suares – 40
Fernando Peres – 40
7-8. Bahodir Nasimov – 38
Nikolas Kanales – 38
9-10. Junior Nildo – 37
Yakuba Bamba – 37
11. Baçana Sxadadze – 36
12. Viktor Kulikov – 35
13. Əhməd Ticani – 34
14-15. Dani Kintana – 33
Filip Ozobiç – 33
16. Anatoli Doroş – 32
17. Flavinyo – 31
18. Valter Quqlemon – 30
19-20. Viktor Mendi – 29
Vladimir Mazyar – 29.