- Baxış sayı: 38
- 29 Aprel 2026 22:06
- Baxış sayı: 69
- Aprel 29, 2026
- 0
“Kəpəz” premyer liqanın XXIV turunda “Turan Tovuz”la qarşılaşıb.
Allsport.az xəbər verir ki, Yevlaxda keçirilən matçda qalib müəyyənləşməyib – 1:1.
Oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov bunu deyib:
“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm ki, komandanı sonadək dəstəklədilər və inanıram ki, futbolçular onların dəstəyinin əvəzini verdilər. Yaxşı oyun nümayiş etdirdik, qollar oldu. Bəzi texniki cəhətdən çatışmazlıqlar var. Biz də növbəti matçlarda daha yaxşı oynamağa və istədiyimi ortaya qoymağa çalışacağıq. İnanıram ki, vaxt keçdikcə daha fərqli bir “Kəpəz” görəcəksiniz”.