- Baxış sayı: 14
- 31 Mart 2026 13:03
- Baxış sayı: 636
- Mart 30, 2026
- 0

Premyer liqanın 22-ci turunda evdə “Qarabağ”a böyük hesabla yenilən “Sumqayıt”a yarış cədvəlində durumunu bir qədər də pisləşdirib. Allsport.az saytı xəbər verir ki, komandanın yarımmüdafiəçisi Əfran İsmayılov 0:6 hesablı məğlubuyyəti gözləmədiklərini söyləyib:
“Gözlənilməz məğlubiyyət oldu. Açığı, “Qarabağ”ı udacağımızı fikirləşmirdik. Uduzacağımızı gözləyirdik. Çünki düşünürdük ki, “Qarabağ”dır, məğlub olsaq da, heç kim heç nə deməyəcək.
İtiriləsi heç nəyimiz yoxdur. Öz meydanımızda oynadığımızdan, ən azı 1 xal götürməyə çalışırdıq. Hətta udmaq istəyirdik. Çünki hələ belə zəif “Qarabağ”la oynamamışdıq”.