- Baxış sayı: 20
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün arxada qalan oyunlarında “Qəbələ” 5 dəfə meydanı qol buraxmadan tərk edib. Allsport.az xəbər verir ki, bu qarşılaşmalardan 4-ü premyer liqa, 1-i ölkə kubokuna təsadüf edib.
“Qırmızı-qaralar” 4 ev, 1 səfər görüşündə qapısını toxunulmaz saxlayıb. Qapıçılara gəlincə, Anar Nəzirov 5, Tərlan Əhmədli isə sonradan meydana çıxdığı 2 matçda hesabına “quru” oyun yazıb. Bu, sonuncunun “Qəbələ”dəki ilk belə matçları olub.
Ötən mövsümün qış fasiləsində komandaya qayıdan Nəzirov isə “qırmızı-qaralar”ın heyətindəki quru oyun sayını 17-yə çatdırıb. O, klub tarixində ən çox oyunda qol buraxmayan qapıçılar arasında 4-cü pillədədir.
Mütləq rekord isə Dmitri Bezotosnıya məxsusdur. Ukraynalı qolkiper 73 “quru” oyun keçirib. Latviyalı Pavel Doroşevin hesabında qol buraxmadığı 42 matç var. Yerli futbolçular arasında rekord ümumi siyahıda 3-cü olan Xəyal Zeynalova məxsusdur. I dəstədə də oynamış qapıçı 25 dəfə meydanı qol buraxmadan tərk edib.
“Qəbələ”nin tarixində 20 qapıçı ən azı bir rəsmi matçda iştirak imkanı qazanıb. Onlardan 18-nin aktivində qol buraxmadığı oyun var. Yalnız Rəşad Mustafayevlə Cavidan Hüseynzadənin hesabında belə matç yoxdur.