- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

“Neftçi”nin Bolqarıstan SSKA-sından icarəyə götürdüyü Əhməd Əhmədovun müqaviləsinin detalları məlum olub. Allsport.az “Tema Sport” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi mövsümün sonunda oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Bunun üçün “Neftçi” 150 min avro ödəməlidir. Əhmədovun paytaxt klubunda Sofiya təmsilçisindən 2-qat çox maaş alacağı bildirilib.
“Neftçi” 25 yaşlı hücumçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.