- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Millimizin sabiq kapitanı, hazırda AZAL-ı çalışdıran Tərlan Əhmədov “Neftçi”nin ölkə kubokunda onlara oyun verəcəyi haqda iddialara münasibət bildirib. Allsport.az xəbər verir ki, o, Azərbaycan kubokunun “Neftçi” – AZAL oyunundan sonra keçirilən mətbuat konfrasında deyib ki, hansısa klublara danışığa getməsi mümkün deyil.
“Mən əqidəmi qoruyan insanam. Kimsə mənə “oyun ver, oyun sat” təklifində buluna bilməz”.
Əhmədov onu da qeyd edib ki, hələ 2000-ci ildə Bakıda millimizin Türkiyə ilə qarşılaşdığı oyundan öncə ona rəqib komandaya oyunu “verməsi” üçün təzyiq olunub:
“Həmin oyundan (qeyd edək ki, Türkiyə millisi bu qarşılaşmada 1:0 hesabı ilə qalib gəlmişdi – red.) öncə bizə, xüsusən kapitan olduğum üçün mənə təzyiqlər var idi. Oyunu türklərə “verməyimizi” istəyirdilər, amma mən buna getmədim”.
Əhmədov onlara konkret kim tərəfindən təzyiq olunduğu haqda da danışıb. Bildirib ki, o vaxtkı millət vəkillərindən bəziləri bu istəkdə bulunub.
“O zaman AFFA-nın prezidenti olan Fuad Musayev yaxınlaşıb bu haqda mənə dedi. Cavab verdim ki, belə fikriniz varsa, mən meydana çıxmıram, əqidəm buna imkan verməz”.
Əhmədov futbolçu olduğu dönəmdə oynadığı “Olimpik”də (hazırkı AZAL) də eyni hadisə ilə üzləşdiyini söyləyib:
“Olimpik”də oynayanda yerli klubların rəsmilərindən biri oyunu “verməyim” üçün mənə 100 min dollar təklif etmişdi. O komanda qələbə qazansaydı, azərbaycanlı məşqçilərdən biri ora baş məşqçi təyin olunacaqdı. Bir kəlmə “satılmaram” deyib oyuna çıxdım. Qələbə qazandıq və haqq etdiyim 3 min dollar mükafatı alıb cibimə qoydum”.