- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Keçmiş baş katib ədliyyə orqanlarında işə düzəlməyə yaxındır
AGF-in keçmiş baş katibi Əjdər Cəfərovun xeyli müddət idman ictimaiyyətində, özəlliklə, güləş camiyəsində görünməməsi müəyyən söz-söhbətə yol açıb. Allsport.az saytı xəbər verir ki, onun 4-cü İslam həmrəyliyi oyunlarının güləş yarışında Heydər Əliyev adına idman sarayında milli komandalarımıza açıq dəstək verməməsi qınaq olunub. Mütəxəssislərin fikrincə, fəxri güləş hakimi, həm də Əməkdar məşqçidir. Demək, Əjdər Cəfərov bilik-bacarığını, təcrübəsini yığmanın çalışdırıcıları ilə bölüşməli, bahadırlarımıza öz tövsiyyəsini verməliydi. Axı o, heç nədən Əməkdar məşqçi adını almayıb: bu ada layiq görülmək üçün illərdir çalışıb, günlərini güləş xalçasında keçirib, bütün imkanlarını səfərbər edib.
Digər narazılıq yaradan məqam, onun «Tərəqqi»yə layiq çıxış etməməsidir. Məsələ ondadır ki, pəhləvanlarımızın London olimpiadasında böyük uğuruna görə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə ona gənc yaşında bu orden verilib. Amma Əjdər Cəfərov ümummilli liderin adını daşıyan sarayda keçirilən yarışda güləşçilərimizi bir an belə tək qoymayan cənab prezident və ailəsininə minnətdarlıq əlaməti olaraq, orda bir gün belə olmayıb. Əks halda, işlədiyi dönəmdə daim KİV-lə təmasda olan və TV qarşısında çıxış etməyi xoşlayan sabiq baş katib, çoxdan məqsədli şəkildə video-kameraların görüntüsünə, fotoaparatların obyektivinə tuş gələrdi.
İdman şərhçiləri belə izah edirlər ki, AGF-ə qayıtmaq üçün cəhdlər edən, rəhbərliyə pulsuz işləməyə hazır olduğu ismarıcını verən Əjdər Cəfərovun sözü gerçəyi əks etdirmir, əsl niyyəti, sadəcə, icra hakimiyyətini yenidən ələ keçirməkdir. Yoxsa, İslamiadaya hazırlıqda komandanın yanında olardı, yarışın gedişində pəhləvanlarımıza mənəvi dəstək verərdi, təcrübəsini bölüşərdi. Deyilənə görə, o, vaxtaşırı federasiyadan bilgilər alır və hər şeyi nəzarətdə çalışmağa çalışır. Onu indi də hakimlər, məşqçilər və güləşçilər arasında gizlin dəstəkləyən var; AGF-dən narazı nüfuzlu qüvvələrlə ittifaqdadır, işlədiyi dönəmdə malik olduğu mühüm, daxili məlumatları əlində vasitə kimi saxlayıb. Sızan məlumata görə, onun hər addımından federasiya rəhbərliyinin bilgisi var və hər şey nəzarət altındadır.
Əjdər Cəfərovu tanıyanların sözünə görə, onun polis sistemi və milli təhlükəsizlik sahəsində işə düzəlmək cəhdləri alınmasa da, ədliyyə orqanlarında çalışmağa yaxındır. Boş oturmağı sevməyən idman adamı şəxsi biznesini də idarə edir. Xatırladaq ki, o, 2011-ci ilin avqustunda baş katib vəzifəsinə təyin olunub. Əvvəl işə yaxşı başlasa da, sonradan haqqında müxtəlif söz-söhbətlər çıxdı. AGF məhz bu şəxsin dövründə qapalı təşkilata çevrildi: federasiyaya daxil olmaq üçun mərhələli bağlı qapılar, sədlər üzünə açılmalı idi; əməkdaşlar özü tərəfdən video kameralar vasitəsi ilə nəzarət edilməyə başlandı. Onun AGF-ə gətirdiyi kadrlar da etimadı doğrultmadılar. Rəhbərliyi edilən çoxsaylı şikayətdən sonra, 2016-cı ilin fevralında tutduğu vəzifədən azad edildi. Qeyd edək ki, o, 90-cı illərdən 2007-ci ilə qədər yeniyetmə sərbəst güləşçilərdən ibarət millimizin baş məşqçisi olan mərhum Xosrov Cəfərovun oğludur.