- Baxış sayı: 60
- 12 İyun 2026 16:39
- Baxış sayı: 39
- İyun 15, 2026
- 0

Azərbaycan idmançılarının Paris-2024 yay olimpiya oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.
Allsport.az xəbər verir ki, beynəlxalq olimpiya komitəsinin (BOK) milli olimpiya komitəsinə (MOK) verdiyi məlumatda bildirilib ki, taekvondoçu Həşim Məhəmmədovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – milli olimpiya komitəsinə göndəriləcək.
Medalların təqdimatı üçün olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.