- Baxış sayı: 19
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Allsport.az xəbər verir ki, futbolçu “Əl İttihad”dan təklif alıb.
“Siti” ilə müqaviləsi iyunun 30-da başa çatacaq almaniyalı Çempionlar liqasının finalında “İnter”i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra gələcəyi haqda ünvanlanan sualları cavabsız qoyub.
Eyni zamanda, o, artıq “Barselona”ya keçid üçün şifahi razılıq verib. Kataloniya klubu hesab edir ki, Gündoğan sonda pulu deyil, ən yüksək səviyyədə çıxış etməyə davam etmək fürsətini seçəcək, həmçinin ailəsinin yaxın bir neçə il ərzində İspaniyada yaşamaq istəyinə inanır. Lakin hələ rəsmi razılaşma yoxdur.