- Baxış sayı: 40
- 24 Aprel 2025 23:31
- Baxış sayı: 39
- Aprel 25, 2025
- 0
Amerikalı qolfçu Peyc Spiranats koronavirusa görə yarışların başlamamasına və meydanların fəaliyyət göstərməməsinə etiraz edib. Allsport.az saytının məlumatına görə, o, sosial şəbəkə hesabında meydan və məşq üçün darıxdığını qeyd edib:
“Bu yay səyahət və qolf yarışlarından uzaq qaldım. Çox darıxdım… Qolf oynayan dostlarım üçün inanılmaz darıxıram”.
27 yaşlı qolfçu dünyanın ən cazibədar idmançılarından hesab edilir. O, yarışlarda bikini olmadan çıxış etməyə üstünlük verir. O, alt paltarı geyinməməsini belə izah etmişdi: “Bu, oyun zamanı insana mane olur”.
Gözəl xanımın İnstaqramına 2,8 milyon insan abunədir. Məşhur qolfçu gözəlliyi ilə öyünsə də, onun qəlbinin sahibi yoxdur. İdmançı kişilərin onun məşhurluğundan istifadə etdiyini bildirmişdi:
“Mənimlə eşq yaşayan kişilər məşhurluq qazanmaq üçün yaxınlaşırdılar. Mən də əlacsız kimi onların sevgisinə möhtac idim”.