- Baxış sayı: 17
- 29 Noyabr 2024 19:23
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Koronavirus pandemiyası üzündən dayandırılan premyer liqanın baş tutan 20 turunun ən məhsuldar oyunlarında 6 qol vurulub. Allsport.az xəbər verir ki, ötən il oktyabrın 27-də keçirilən “Sumqayıt” – “Neftçi” (2:4) və bu il fevralın 15-də baş tutan “Zirə” – “Qarabağ” (0:6) matçları daha məhsuldar keçib.
Azərbaycan çempionatları tarixinin ən məhsuldar qarşılaşmasında isə bundan 10 top çox – 16 qol vurulub. 1992-ci ildən təşkil olunan yarışın mütləq rekordu 1996/97 mövsümündə qeydə alınıb. Həmin çempionatda baş tutan Qərb derbisində “Kəpəz” “Şəmkir”i 14:2 hesabı ilə məğlub edib.
Azərbaycan çempionatlarının ən məhsuldar oyunları
1996/97 mövsümü
23.11.1996. “Kəpəz” – “Şəmkir” – 14:2
1995/96 mövsümü
03.03.1996. “Pambiqçı” N – “Kəpəz” – 2:10
1998/99 mövsümü
19.09.1998. “Kəpəz” – “Şahdağ” Qs – 11:1
1998/99 mövsümü
25.04.1999. “Viləş” – “Turan” – 6:6.