- Baxış sayı: 20
- 25 Mart 2026 15:25
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. Allsport.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatının elit mərhələsinin Almaniyada keçiriləcək oyunlarında ədaləti qoruyacaq.
Ağayevin idarə edəcəyi oyunlar da bəllidir. Belə ki, o, martın 26-da Almaniya – Slovakiya qarşılaşmasını, ayın 31-də isə İrlandiya – Slovakiya görüşündə baş hakim olacaq.