- Baxış sayı: 41
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın futbolçusu Əmir Ağayev müsahibə verib. Allsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdaifəçi mövsümü dəyərləndirib və Azərbaycan pasportu almasından danışıb.
– Mövsümün ilk yarısını necə keçirdin?
– Ən yaxşı dövrümü keçirdiyimi hiss edirəm. Bu mövsüm 4 qol vurub, 2 assist etmişəm. “Sumqayıt”da ilk ilimdə ciddi zədəm oldu. Buna görə çox oynamadım. Mövsümün sonlarında formamı bərpa elədim, 3 qol vurdum və 2 məhsuldar ötürmə ilə yadda qaldım. Bu il isə komanda üçün çox önəmli oyunçu oldum.
– Azərbaycan liqasının İsrail çempionatı ilə səviyyə fərqi necədir?
– Demək olar ki, eyni səviyyədədi. Ciddi fərq olduğunu desəm, yalan olar. Qarşıma yüksək hədəflər qoymuşam. Kiçik hədəfləri düşünməkdən bezdim. Özümə münasibəti dəyişirdim. Fikrimcə, burdan uzaqlaşa bilərəm. 28-29 yaşında futboldan kənar qalanlar var. Özümə inanıram və dəyərimi bilirəm.
– Ən yüksək hədəf nə olar bilər sizin üçün?
– Xaricə gedə və ya ölkə daxilində daha böyük kluba keçə bilərəm. Özümə yaxşı həyat qurmaq istəyirəm. Fikrimdə konkret hansısa klub yoxdu, sadəcə, zirvəyə çıxmaq istəyirəm. Sıçrayış etmək üçün zaman gəlib. Özümü hər tərəfdən hazır hiss edirəm.
– “Sumqayıt”da iki iranlı (Peyman Babayi və Mehdi Şərifi – red) var. Bir israilli kimi onlarla necə yola gedirsən?
– Qəribə səslənir, amma onlar mənim yaxın dostlarım arasındadı. Paltardəyişmə otağında biri sağımda, digəri də solumda əyləşir. Çox yaxşı münasibətimiz var. Onlardan biri ingiliscə bilir və ünsiyyətə kömək edir.
– Azərbaycan millisində oynamaq ehtimalın var?
– Artıq 19 yaşım yoxdu. Karyeramın inkişafı üçün bir şey edəcəm. Görək, nə baş verir. İndi fasilədi, hələ vaxt var. Əcnəbi olmamaq üçün pasport aldım. Bu, həm də yerli liqada böyük klublardan birinə keçməyə kömək edə bilər.
– Ailənizlə birgə Bakıda yaşayırsız. Şəhərlə bağlı təəssüratlarınız necədr?
– Bakı məni və ailəmi təəccübləndirdi. Qəribə, gözəl və ucuz şəhərdi. İnsanları İsraili sevir. Özümü bir an narahat hiss etmirəm. Hamilə xanımım və 2 körpə uşaqla xaricə çıxmaq asan deyil. Həyat yoldaşım qəhrəmanımdı. Bütün həyatını demək olar, mənə görə kənara qoydu. Üçüncü ildə üçüncü hamiləliyini keçirir. Onun üçün çətindi. Yad ölkədə qohumları və dostları olmadan yaşayır. Onsuz bu sınaqdan çıxa bilməzdim.