- Baxış sayı: 16
- 01 Aprel 2026 16:53
- Baxış sayı: 814
- Mart 30, 2026
- 0

“Sumqayıt”dan ayrılan Əmir Ağayevin yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
Ağayev super liqa təmsilçisi “Atromitos”la 1+1 illik müqavilə bağlayıb. O, Afina klubunda 11 nömrəli formada çıxış edəcək.
Əmir 2019-cu ildən “Sumqayıt”da çıxış edirdi. Azərbaycan əsilli futbolçu ötən mövsüm 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.