Ən yaxşımız “Qarabağ”dır

UEFA klubların yeni sıralamasını açıqlayıb. Allsport.az xəbər verir ki, 430 komandanın yer aldığı siyahıda ən yaxşı nəticəni göstərən Azərbaycan təmsilçisi “Qarabağ”dır.

20,500 xalı olan Ağdam klubu 62-ci yerdədir. “Styaua” (Rumıniya), “Milan” (İtaliya) və “Standard”a (Belçika) da eyni xala malikdir. Bu il avrokuboklarda çıxış etməyən “Qəbələ” geriləyib. 4 pillə arxaya düşən “qırmızı-qaralar” 5,500 xalla 182-193-cü yerləri bölüşür.

Avropa liqasında “Şkupi”ni (Şimali Makedoniya) üstələyən (2:1) “Neftçi” 11 pillə irəliəyib. 5,000 xala malik paytaxt təmsilçisi Brest “Dinamo”su (Belarus), “Riqa” (Latviya) və “Hafnarfyordur” (İslandiya) ilə 212-215-ci yerləri bölüşür.

“Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdir.

Həmin kateqoriyadan