- Baxış sayı: 40
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
“Qarabağ”la müqaviləsi başa çatan və “Bornmut”a məxsus olan Əsmir Beqoviç sosial şəbəkə hesabında açıqlama verib.
Allsport.az xəbər verir ki, bosniyalı qapıçı Azərbaycan kubokunun 1/4 final mərhələsində “Keşlə”yə qalib gəldikləri oyun barədə yazıb və “Qarabağ”dan ayrılacağına işarə vurub:
“Ötən gecə kubokun yarımfinalına çıxmaq üçün gözəl qələbə qazandıq. Bu möhtəşəm klubda mənim üçün xoş bir dönəm oldu. İndi isə tətil zamanı”.
Beqoviç Ağdam klubunda 15 oyun keçirib və 15 qol buraxıb. 32 yaşlı qapıçının xidmətində İngiltərə premyer liqa təmsilçisi “Vest Hem” maraqlıdır.