- Baxış sayı: 40
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Andorrada 16 yaşlı qız basketbolçuların Avropa çempionatı “C” divizionunda millimiz Gürcüstana qarşı yarımfinal görüşünə çıxıb.
Allsport.az saytı xəbər verir ki, U-16 yığmamız oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək, yekunda 74:72 qalib gəlib.
Keçirdiyi bütün oyunları qalib tamamlamış qızlarımız finala vəsiqə qazanıblar. Həlledici mərhələdə rəqib meydan sahibələri olacaq.
Matç 23 iyul Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.