- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakı-2015 ilin yayında keçiriləcək tarixi idman yarışlarında idmançılarının çıxış edəcəyi Azərbaycan idman federasiyalarının nümayəndələri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, 1-ci Avropa Oyunlarının proqramına daxil edilmiş 20 idmandan 19-na aid milli federasiyanın 50-dən çox üzvü Bakı 2015-in baş ofisində keçirilmiş forumda iştirak edib.
Federasiya üzvlərinə Bakı-2015-in bir sıra şöbələri, o cümlədən, akkreditasiya, mətbuat əməliyyatları, nəqliyyat və işçi qüvvəsi şöbələri tərəfindən oyunlarla bağlı gedən hazırlıq işləri və yarış zamanı yerinə yetirilməsi gözlənilən vəzifə və əməliyyatlar barəsində ən son məlumatlar verilmişdir.
Bakı-2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bunları deyib: “Bu cür tədbirlər Avropa Oyunları ilə əlaqədar gördükləri hazırlıq işlərinə yardım etmək üçün milli federasiyalar ilə məlumat mübadiləsi baxımından çox əhəmiyyətlidir. Bakı-2015 azərbaycanlı idmançılara tarixə yazılmaq və öz vətənlərində birinci Avropa Oyunları çempionu olmaq imkanını təklif edir. Əminəm ki, öz vətənində və pərəstişkarlıq edən minlərlə azarkeş qarşısında keçirilən Oyunlarda yarışmaq bütün azərbaycanlı idmançılar üçün xüsusi an olacaq. Oyunlarla əlaqədar geri sayıma davam edirik və mən Oyunlarla bağlı hazırlıqlarında onlara uğurlar arzulayıram”.
1-ci Avropa Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs O`Kallahan bildirib: “Bugünkü tədbirdə milli idman federasiyalarından bu qədər çox nümayəndənin iştirak etməsindən və gələn il keçiriləcək tarixi yarışlarla əlaqədar gördüyümüz hazırlıq işləri ilə bağlı əldə olunmuş irəliləyişlərə dair son məlumatları almalarından çox məmnunam. Avropanın ən yaxşı idmançılarını iştirak üçün cəlb edəcək Avropa Oyunları Bakıda keçiriləcək fantastik idman bayramı olacaq və biz bütün Azərbaycanın və Avropanın qürur duyacağı yarışları keçirmək üçün çalışırıq”.