10-qat olimpiya çempionu

Norveçli xizəkçilər Yohannes Klebo və Eynar Hedeqart 2026-cı il Milan və Kortina qış olimpiya oyunlarında komanda sprinti üzrə qızıl medal qazanaraq böyük uğura imza atıblar.

Allsport.az xəbər verir ki, yarışda 18 dəqiqə 28,98 saniyəlik nəticə göstərən Norveç təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Onlardan 1,37 saniyə geri qalan ABŞ idmançıları Ben Oqden və Qas Şumaxer gümüş, İtaliya təmsilçiləri Elia Barp və Federiko Pelleqrino isə bürünc medala sahib çıxıblar.

Bu qələbə Yohannes Klebo üçün xüsusi əhəmiyyət kəsb edir; o, qış olimpiya oyunları tarixində 10 qızıl medal qazanan ilk idmançı olaraq adını tarixə yazdırıb.

Norveçli ulduz təkcə İtaliyadakı bu oyunlarda beş qızıl medal əldə edib.

Həmin kateqoriyadan