“100 matçda 91 qol inanılmaz bir şeydir”

Pep Qvardiola Erlinq Holandın “Mançester Siti” ilə matçlardakı statistikasını dəyərləndirib.

Allsport.az xəbər verir ki, premyer liqanın 1-ci turunun “Çelsi” ilə keçirilən matçında (2:0) 18-ci dəqiqədə Ha\oland hesabı açıb. Hücumçu “şəhərlilər”in heyətində 100-cü matçını keçirib və klubda 91-ci qolunu vurub.

“Onun son 15 ildə tam dominantlıq edən Messi və Kriştianu ilə bərabər statistikası var. Bu, onların say baxımından səviyyəsidir.

Onun bunu necə etdiyini bilmirəm, amma bu liqada, bu ölkədə 100 matçda 91 qol inanılmaz bir şeydir” deyib “Mançester Siti”nin baş məşqçisi.

Həmin kateqoriyadan