Lalə yığmanın ehtiyat heyətində

Bədii gimnastika üzrə çoxqat Rusiya çempionu Lalə Kramarenko yığmanın ehtiyat heyətinə daxil edilib.

Allsport.az xəbər verir ki, 21 yaşlı idmançı 2024-cü ilin yayında keçirdiyi əməliyyat səbəbindən bir ildən çox idi ki, yarışlardan kənarda qalmışdı. Ötən ilin noyabrında karyerasını bərpa etdiyini açıqlayan gimnast, artıq rəsmi siyahıda yer alıb.

O, Azərbaycan futbol millisinin keçmiş qapıçı Dmitri Kramarenkonun qızıdır.

Həmin kateqoriyadan