- Baxış sayı: 29
- 27 Mart 2026 21:10
- Baxış sayı: 35
- Mart 27, 2026
- 0

Belarusun 12 yaşlı futbolçusu Aleksey Mayorov “Real”la müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, Mayorov “Real” akademiyası ilə anlaşıb. O, 13 yaşadək futbolçulardan ibarət komandada çıxış edəcək.
“Barselona” Mayorovu transfer etməkdə maraqlı idi – Kataloniya klubu futbolçunu öz akademiyasına almağa, o cümlədən Kataloniya futbol federasiyası vasitəsilə təsir göstərməyə çalışıb. Buna baxmayaraq, Aleksey “kral klubu”nun akademiyasına qoşulmağı seçdi.