120 milyon itirə bilərlər

“Liverpul”un cari mövsümün yekununda çempionlar liqasına vəsiqə qazana bilməməsi onun maliyyə gəlirlərinə ciddi təsir göstərə bilər.

Allsport.az xəbər verir ki, mersisaydlılar turnirdən kənarda qalacaqları təqdirdə təxminən 120 milyon funt-sterlinq məbləğində vəsaitdən məhrum olacaqlar.

Ötən yay transfer pəncərəsindəki irimiqyaslı xərclərə rəğmən, klubun maliyyə vəziyyəti hələ də stabil olaraq qalır. Bununla belə, qitənin ən nüfuzlu klub turnirində iştirak etməmək gəlirlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

Hazırda “Liverpul” İngiltərə premyer liqasında 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Cari çempionlar liqasında isə ümumi mərhələni 3-cü sırada tamamlayan komanda 1/8 finalda Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq.

Həmin kateqoriyadan