- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Real Madrid” klubu hücumçu Rodriqonun ağır zədələnməsindən sonra daxili təhqiqata başlayıb.
Allsport.az xəbər verir ki, 2023-cü ildən bəri komandanın 7 futbolçusunun çarpaz bağlarının qırılması rəhbərliyi hərəkətə keçirib.
Araşdırmalar tibbi heyət və fiziki hazırlıq üzrə məşqçilərin fəaliyyətini əhatə edəcək. Maraqlıdır ki, bütün zədələnmə halları klubun bazasında və ya doğma stadionunda baş verib.
Zədə səbəbindən 10 ay meydanlardan uzaq qalacaq Rodriqo 2026-cı il dünya çempionatını da qaçıracaq.
Son üç ildə Tibo Kurtua, Eder Militao və David Alaba kimi ulduzlar da eyni aqibəti yaşayıblar.