- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Əslində daha bir qol vurmağımızı istəyərdim. Oyuna aktiv başladıq, özümüzü yaxşı tərəfdən göstərdik və Azərbaycanla Xorvatiya yığmaları arasındakı böyük keyfiyyət fərqini gördük”.
Allsport.az xəbər verir ki, bu sözləri Xorvatiya U-21 millisinin baş məşqçisi İqor Bişçan Avropa çempionatının seçmə mərhələsində Azərbaycan U-21 yığması ilə keçirdikləri matç (2:0) haqqında danışarkən deyib. O, fikirlərinə belə davam edib:
“Qol imkanlarımız çox idi. İkinci yarıda daha rahat və arxayın oynayaraq bir neçə qol vura bilərdik. Sadəcə epizodlar zamanı oyunçularda dəqiqlik çatmadı.
İlk dəfə birlikdə olduğumuzu nəzərə alsaq, yanaşmadan və qazanılan xaldan razıyam. Zamanla irəliləyiş və inkişaf da olacaq. Futbolçuların klublarında oyun praktikası olarsa, bundan milli də qazanacaq”.
İdrak CAMALBƏYLİ