Millimizin üzvü 18 yaşında həm ÇL-də, həm də “Beşikdaş”da debüt etdi

Türkiyə çempionu “Beşikdaş” çempionlar liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə “Ayaks”la qarşılaşıb. Allsport.az xəbər verir ki, Niderland təmsilçisinin 2:0 hesablı qələbəsiylə bitən bu görüş “qara qartallar”ın gənc futbolçusu Bərkay Vardar üçün əlamətdar olub.

Belə ki, 18 yaşlı yarımmüdafiəçi ilk dəfə İstanbul təmsilçisinin əsas komandasında rəsmi oyuna çıxıb. Baş məşqçi Sərgən Yalçın onu matçın 73-cü dəqiqəsində Ümid Meraşın əvəzində meydana buraxıb. Bununla da o, “Beşikdaş”ın əsas komandasında rəsmən debüt edib.

Bərkay “qartallar”ın öz yetirməsidir. Azərbaycanda dünyaya gəlmiş futbolçu vaxtilə U-17 yığmamızın da formasını geyinib. Hazırda isə o, Azərbaycanın U-19 millisinə dəvət alır.

Həmin kateqoriyadan