- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Romada 2-ci Avropa oyunlarının “Sülh məşəli” estafeti start götürüb. Allsport.az saytı xəbər verir ki, mərasim yaşı 2 min ildən çox olan qədim “Ara Pacis Museum” kompleksində baş tutub. Məşəlin alovlandırılması mərasimindən əvvəl mətbuat konfransı keçirilib.
Tədbirdə iştirak edən Minsk-2019-un təşkilatı fondunun rəhbəri Georgi Katulin, Belarusun idman və turizm naziri Sergey Kovalçuk, Avropa olimpiya komitəsinin prezidenti Janez Koçijançiç toplantının əhəmiyyətindən danışıblar.
7000 kilometrdən çox yol qət edəcək məşəlin ilk daşıyıcısı olimpiya çempionu Yuliya Nesterenko olub. Sonra məşəl Belarus alpinistləri tərəfindən Avropanın ən yüksək nöqtəsinə – Alp dağlarındakı Monblan zirvəsinə qaldırılacaq.
Paslanmayan poladdan düzəldilən olimpiya məşəlinin çəkisi 1,7 kiloqram olub. Təşkilatçılar bildiriblər ki, bu çəkini uzun məsafəyə əldə daşımaq çətin olduğundan onu velosiped, yaxud əlil arabasına bərkitmək nəzərdə tutulur. Məşəl dünya standartlarına uyğun olaraq 15 dəqiqə ərzində yanır ki, bu da estafeti əvəz edənlərə lazımi məsafəni qət etməyə imkan verir.
Olimpiya məşəli Avropanın 8 ölkəsindən keçərək 50 gündən sonra – iyunun 21-də Minskin “Dinamo” stadionunda keçiriləcək təntənəli mərasimdə alovlandırılacaq.