- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Sumqayıt” premyer liqanın 2-ci turunda səfərdə “Turan Tovuz”a 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov məğlubiyyətə aydınlıq gətirib:
“İkinci hissədə qol vurmaq üçün çox əziyyət çəkdik. Əfsuslar olsun ki, oyun alınmadı. Buradan xalsız dönürük. Bəzi futbolçular yaxşı oyun keçirdilər. Oyunda yaxşı dinamika var idi. Futbolçuların basqıya reaksiya verməsi məni qane etdi. Onlara təşəkkür edirəm.
Nəticəyə görə çox üzülürlər. Birinci hissədə bir-iki nəfərin zənciri qırması rəqibin üstünlüyünə çevrilirdi. Belə şeylər də olacaq. Bu da bir təcrübədir. 2-ci hissədə oyun tam nəzarətimiz altında keçdi. Çempionat yeni başlayıb. Ümid edirik ki, hər şey yaxşı olacaq”.