2 güləşçimiz karyerasını bitirdi: güney azərbaycanlıdan həmyerlisinə sayğı

Azərbaycanın 2 idmançısı Paris-2024-də çıxışını başa vurduqdan sonra karyerasını bitirib.

Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçisi Sabah Şəriəti dünən 3-cü yer uğrunda görüşdə iranlı dünya çempionu Amin Mirzəzadəyə 0:4 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.

Güney azərbaycanlı bahadır həmkarının bu addımını duyunca, onu çiyninə alıb və adət üzrə döşəkdə rəmzi dövrə vurub. Sabah da Arazın o tayındandır, Sənəndəc şəhərindəndir; Azərbaycanlılarla sız yaşayan kürdlərdəndir.

Qadın güləşinin canlı əfsanəsi Mariya Stadnik 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqoryava xalların keyfiyyətində (4:4) məğlub olaraq, Paris olimpiadası ilə vidalaşıb.

Həmin kateqoriyadan