- Baxış sayı: 7
- 27 Mart 2026 21:10
- Baxış sayı: 23
- Mart 27, 2026
- 0

“Arsenal”ın baş məşqçisi Mikel Arteta premyer liqanın 5-ci turunda “Mançester Siti” ilə səfərdə heç-heçə (2:2) oyununa yekun vurub. Allsport.az saytı xəbər verir ki, londonlular 2:1 hesabı ilə öndə olub və fasiləyə qədər azlıqda qalıblar – Leandro Trossard 2-ci sarı vərəqə alıb. Bütün 2-ci hissəni dərin müdafiədə keçirən “topçular” matçın son saniyələrində qol buraxıb.
“Mən komandamla çox fəxr edirəm. Dünyanın ən yaxşı komandasına qarşı çətin şəraitdə oynadıq. 2:1 hesabından sonra baş verənlər fərqli bir hekayədir və mən Trossardın meydandan qovulmasına münasibət bildirmək istəməzdim. Açığı, 10 nəfərlə “Etihad”da 56 dəqiqə dayanmağımız artıq bir möcüzə idi. Etdiklərimiz inanılmazdır”.