- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“İnter” 26 ildir sponsoru olan “Pirelli” şirkəti ilə əməkdaşlığa son qoymağa qərar verib. Allsport.az xəbər verir ki, avtomobil təkərlərinin istehsalı ilə məşğul olan şirkətin loqosu növbəti mövsümdən Milan təmsilçisinin formalarında yer almayacaq.
Bu barədə “Prielli”nin CEO-su Marko Tronçetti Provera məlumat verib. O, titul sponsorluğuna son qoyulduğunu bildirsə də, klubla münasibətlərinin davam edəcəyini deyib.
Şirkət 1995/96 mövsümündən etibarən “İnter”in titul sponsoru idi. 26 il ərzində “Pirelli” “İnter”ə bütövlükdə 234 milyon avro ödəyib.