- Baxış sayı: 6
- 28 Noyabr 2024 17:52
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
“Qəbələ” mövsümü başa vurub. Allsport.az saytı xəbər verir ki, rəqabət ərzində Avropa liqası, ölkə kuboku və premyer liqada mübarizə aparan “qırmızı-qaralar” ümumilikdə 35 oyun keçirib. Komanda 4-cü yeri tutduğu Azərbaycan çempionatında 28 matçda qüvvəsini sınayıb.
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov bu matçlarda 24 futbolçuya şans verib. Onlardan üçü – Ürfan Abbasov, Ceyms Adeniyi və Stiven Monroz hamıdan çox – 25 dəfə meydana çıxıb. Çempionatda 2163 dəqiqə oynayan Abbasov komanda yoldaşlarını qabaqlayıb. 24 futbolçudan 13-ü matçların yarıdan çoxunda şans qazanıb.
Mövsüm ərzində 31 qol vuran “Qəbələ”nin heyətində 12 futbolçu fərqlənib. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ceyms Adeniyidir. Nigeriyalı legioner 10 qola imza atıb. Stiven Monrozun hesabında 6 top var. Rauf Əliyev 4, Davit Volkov 2 dəfə rəqib qapılarına yol tapıb. Digər 8 futbolçu hərəyə 1 dəfə qol sevinci yaşayıb. 31 qoldan biri rəqibin avtoqolu sayəsində gerçəkləşib. Bəxtiyar Həsənalızadə (Zirə) öz qapısına qol vurub.