- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0
Premyer liqada daha 3 oyun təxirə salınıb. Allsport.az saytı xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.
12-ci turun dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də ertəsi gün nəzərdə tutulan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.
Görüşlərin tarixi ilə bağlı qərarı peşəkar futbol liqası verəcək. Adı çəkilən tirda “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azərsun arena”da olacaq.