- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

İngiltərə premyer liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib. Allsport.az xəbər verir ki, “Liverpul” 30 ildən sonra ilk dəfə çempionatın qalibi olub.
“Qırmızılar”ın ən yaxın izləyicisi “Mançester Siti” 31-ci turda səfərdə “Çelsi”yə 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra “şəhərlilər”in mersisaydlılara çatmayacağı dəqiqləşib.
Sona 7 tur qalmış çempion olan “Liverpul” sonuncu dəfə 1989/90 mövsümündə qalib olmuşdu. “Liverpul” ümumilikdə 19-cu dəfə İngiltərə çempionu olub.