- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflis “Dinamo”su (Gürcüstan) ilə səfər oyununda Cavid Hüseynovun vurduğu qol “Qəbələ”nin avrokuboklarda ilk qolu kimi tarixə düşüb. Allsport.az klub qəzetinə istinadla xəbər verir ki, bununla da, “Qəbələ” Azərbaycanın qitəmiqyaslı turnirlərdə qol hesabını açan 14-cü klubu olub.
Halbuki, “Qəbələ” avrokuboklarda debüt edən 17-ci Azərbaycan təmsilçisidir. Sadəcə, 3 komandaya – “Turan”, “Şəfa” və “Simurq”a UEFA turnirlərinə qoşulduqları ilk mövsümdə rəqib qapısına yol tapmaq nəsib olmayıb. “Turan” avrokuboklarda ilk təmsilçimiz kimi tarixə düşsə də, qitə arenasında ilk qolun müəllifi “Kəpəz”in hücumçusu Yadigar Süleymanovdur.
Cavid Hüseynov Süleymanovla başlayan sıralamada 14-cüdür. “Qəbələ”nin kapitanı qol “pionerlər”indən həm də ona görə fərqlənir ki, o, Avropa Liqasında öz komandasında rəqib qapısından top keçirən ilk futbolçudur. Məsələ bundadır ki, UEFA kuboku 2009-cu ildən başlayaraq Avropa Liqası adı ilə keçiriləndən sonra bu turnirdə debüt edən klublardan heç biri qol hesabını açmayıb. Doğrudur, “Simurq” 2009/10 mövsümündə siftə edə bilərdi. Ancaq Zaqatala təmsilçisi İsrailin “Bney Yehuda” klubu ilə keçirdiyi hər iki matçda (evdə 0:1, səfərdə 0:3) uduzaraq bu imkanı əldən verdi.
Avrokuboklarda ilk qol müəllifləri
1. “Kəpəz” – Yadigar Suleymanov (1994/95 movsumu, UEFA kuboku, Avstriya “Austriya Memfis”lə səfər oyunu – 1:5)
2. “Neftci” – Vidadi Rzayev (1996/97, UEFA kuboku, Bolqarıstan “Lokomotiv”i ilə ev oyunu – 2:1)
3. “Xəzri” – Əfqan Talıbov (1996/97, UEFA kuboku, Polşa “Qutnik”i ilə ev oyunu – 2:2 )
4. “Qarabağ” – Bəxtiyar Musayev (1996/97, Finlandiya “MuPA-47”sı ilə səfər oyunu – 1:1)
5. “Bakı fəhləsi” – Mahir Əliyev (1998/99, İntertoto kuboku, Litva “İnkaras”ı ilə ev oyunu – 1:0)
6. “Dinamo” (indiki “Bakı”) – Nazim Əliyev (1998/99, UEFA kuboku, Rumıniya “Arceş”i ilə səfər oyunu – 1:5)
7. “Viləş” – Aleksandr Xurtskevic (Belarus, 2000/01, UEFA kuboku, Polşa “Zaqlembe”si ilə ev oyunu – 1:3)
8. “Şəmkir” – Viktor Kulikov (Ukrayna, 2000/01, Cempionlar Liqası, Latviya “Skonto”su ilə səfər oyunu – 1:2)
9. “Xəzər Universiteti” (indiki “İnter”) – Patrik Pirxer (avtoqol, 2004/05, İntertoto kuboku, Avstriya “Kazino Şvarts”ı ilə ev oyunu – 2:1)
10. “Karvan” – Yuri Muzika (2005/06, İntertoto kuboku, Polşa “Lex”i ilə ev oyunu – 1:2)
11. “Xəzər Lənkəran” – Zaur Ramazanov (2005/06, UEFA kuboku, Moldova “Nistru”su ilə səfər oyunu – 1:3)
12. “MKT-Araz” – Marçel Reşitka (Moldova, 2006/07, İntertoto kuboku, Moldova “Tiraspol”u ilə ev oyunu – 1:0)
13. “Olimpik” – Roman Axalkatsi (Gürcüstan, 2008/09, UEFA kuboku, Serbiya “Voyvodina”sı ilə ev oyunu – 1:1)
14. “Qəbələ” – Cavid Hüseynov (2015/16, Avropa Liqası, Gürcüstan “Dinamo”su (Tiflis) ilə səfər oyunu – 1:2).