- Baxış sayı: 16
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 27
- Dekabr 05, 2025
- 0

“Neftçi” premyer liqasının ilk 5 turunda qələbə qazanmayıb. Allsport.az saytı xəbər verir ki, Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub. Roman Qriqorçukun komandası “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib.
“Neftçi” “Sabah”dan 2 cavabsız qol buraxıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar”, 32 ildə 2-ci dəfə 5 start oyununu qələbəsiz başa vurub. İlk belə hadisə 2017/18 mövsümündə qeydə alınıb.
7 il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət. 2017/18 mövsümündəki qələbəsizlik sıralaması 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.