- Baxış sayı: 183
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 183
- Dekabr 05, 2025
- 0

“Neftçi” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib. Allsport.az xəbər verir ki, bu, premyer liqanın XV turuna təsadüf edib.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarının duelində “ağ-qaralar” “Qarabağ”ın qonağı olub. 2:1 hesabı ilə qalib gələn bakılılar rəqib meydanında 200-cü qələbəsini qazanıb. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Neftçi” səfərdəki digər qarşılaşmalarda 87 heç-heçə edib və 113 dəfə uduzub.
“Qarabağ” üzərində qələbə Samir Abbasov üçün də əlamətdar olub. 43 yaşlı mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. Bu, mütəxəssisin 141-ci sınağına təsadüf edib.