Rusiya millimizin qapıçısını ölkəsinə buraxmadı

Türkiyənin “Altunordu” klubunun U-16 komandasının qapıçısı Məhəmməd Can Tuncərin Azərbaycanın U-17 millisinin Rusiyadakı təlim-məşq toplanışına dəvət aldığını xəbər vermişdik. Allsport.az xəbər verir ki, onun yığmamızın düşərgəsinə qoşulması alınmayıb.

Buna Rusiya ilə Türkiyə arasındakı siyasi münasibətlərin qaydasında olmaması səbəb olub. Belə ki, qolkiper toplanışa qatılmaq məqsədilə Rostova gəlsə də, aeroportda pasport yoxlanışı zamanı gənc qapıçının dərhal geri qaytarılması barədə qərar qəbul ediblər. Bu üzdən də o, yığmamızın hazırlıq prosesində iştirak etmir.

Həmin kateqoriyadan