- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Qəbələ”nin tarixində 7 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qola imza atıb. Allsport.az xəbər verir ki, bunlardan birində penta-trik, birində poker, digər beşində isə het-trik qeydə alınıb.
Bu qarşılaşmaların hamısında “qırmızı-qaralar” böyük hesabla qələbə qazanıb. Belə məhsuldarlıq 4 ev və 3 səfər oyununa təsadüf edib. Premyer liqada 3, Azərbaycan kubokunda 2, Avropa liqası və birinci dəstənin hərəsində bir dəfə belə hal yaşanıb.
İlk belə hadisə də aşağı liqaya təsadüf edib. 2005/06 mövsümündə birinci dəstənin bombardiri olan Rövşən Əhmədov “Energetik”in qapısına 5 qol vuraraq klub tarixinin hələlik yeganə penta-trikini rəsmiləşdirib.
Yeganə pokerin müəllifi isə Vitali Balamestnıdır. O, premyer liqanın Sumqayıtdakı görüşündə “Gənclərbirliyi”nin qapısından dörd top keçirib.
İlk het-trikin müəllifi Vüsal Qarayev Azərbaycan kubokunda fərqlənibsə, premyer liqada bunu bacaran ilk futbolçu Fərzad Hatəmidir. Poker iranlının het-trikindən daha tez qeydə alınıb. Sonradan Filip Ozobiç kubokda, Baqali Dabo premyer liqada klub tarixinin 2-ci het-trikini gerçəkləşdirib.
Avrokuboklardakı yeganə belə uğurun sahibi Teo Uiksdir. O, Gürcüstan “Samtredia”sı ilə qarşılaşmada bombardirlik keyfiyyətini nümayiş etdirib.