- Baxış sayı: 69
- 28 Yanvar 2026 17:54
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Sabiq tennisçi Anna Kurnikovanın 2004-cü ildə 11 karatlıq çəhrayı briliant üzüklə kortda çəkilmiş fotosu “X” platformasında 6,2 milyon baxış toplayaraq böyük marağa səbəb olub.
Allsport.az xəbər verir ki, şəkil QİÇS-lə mübarizə üzrə fondun xeyriyyə matçında çəkilib.
Kurnikovanın üzüyü sol barmağına taxması, o zamankı sevgilisi Enrike İqlesiasın ona evlilik təklifi etməsi barədə fərziyyələrə səbəb olub. Çox nadir sayılan bu çəhrayı briliantın dəyəri həmin dövrdə 5 milyon dollar qiymətləndirilirdi.
Bu üzükdən sonra Kurnikova başqa qiymətli üzüklər, o cümlədən uzun müddət daşıdığı kvadrat formalı sarı briliantlı üzüyü taxıb.


