- Baxış sayı: 83
- 06 Mart 2026 17:52
- Baxış sayı: 69
- Mart 29, 2026
- 0

Azərbaycan kubokunun 2016/17 mövsümündə 19 klub iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, onlardan 8-i Premyer Liqada, qalan 11-i isə 1-ci divizion klublarıdır. Aşağı dəstənin 3 komandası bu mübarizədən imtina edib. Bunlar “Mil-Muğan”, “Göyəzən” və “Energetik”dir.
Onların bu turnirdə iştirakdan imtinasına səbəb kubokda heç bir perspektiv görməmələridir. Bu üzdən də sözügedən klubların rəhbərləri əlavə xərcə düşməmək üçün ümumiyyətlə kubokda mübarizəyə qatılmaq istəməyiblər.